Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin mənfi saldosu iki dəfə artıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin mənfi saldosu iki dəfə artıb Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2014-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə görə 1,368 mlrd. dollar təşkil edib
Biznes
22 Oktyabr , 2014 06:55
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin mənfi saldosu iki dəfə artıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2014-cü ilin yanvar-sentyabr aylarının nəticəsində 1,368 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, bu ilin 9 ayı ərzində Rusiyaya 470,262 mln. dollar həcmində məhsul göndərilib, bu da Azərbaycanın toplam ixracının 7,2%-nə bərabərdir. 

Həmin dövr ərzində Rusiyadan idxal 897,794 mln. dollar və ya Azərbaycanın məcmu idxalının 13,8%-ni təşkil edib. Ticarət dövriyyəsinin mənfi saldosu 427,53  mln. dollar təşkil edib.

Qeyd etmək lazımdır ki, Azərbaycandan məhsul ixracı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 41,4%, idxal isə 22,8% azalıb, mənfi saldo 2,2 dəfə artıb. 

Xatırladaq ki, 2013-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,583 mlrd. dollar təşkil edib.  

Belə ki, 2012-ci il ilə müqayisədə iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 10,5% artıb. Ötən il ərzində Rusiyaya 1,077 mlrd dollar həcmində məhsul göndərilib, bu da Azərbaycanın toplam ixracının 4,5%-ni təşkil edir. Həmin dövr ərzində idxal 1,505 mlrd. dollar və ya Azərbaycanın məcmu idxalının 14,1%-ni təşkil edib. Mənfi saldo 428 mln. dollar olub.

Son xəbərlər

Orphus sistemi