Azərbaycanda qeyri-qanuni lotereya keçirən şirkət aşkarlanıb

Azərbaycanda qeyri-qanuni lotereya keçirən şirkət aşkarlanıb QKDK vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa çaöırır
Biznes
22 Sentyabr , 2014 16:19
Azərbaycanda qeyri-qanuni lotereya keçirən şirkət aşkarlanıb
Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "Sirena Motors" MMC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib. Bu barədə “Report”a QKDK-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

QKDK “Sirena Motors” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Xatırladaq ki, “Sirena Motors” MMC bəzi Çin avtomobil markalarının Azərbaycandakı rəsmi nümayəndəsidir.

Son xəbərlər

Orphus sistemi