​Azərbaycan vətəndaşları 137 ölkə ilə alış-veriş edib

​Azərbaycan vətəndaşları 137 ölkə ilə alış-veriş edib 103 ölkəyə əmtəə ixrac olunub, 123 ölkədən isə idxal olunub
Biznes
9 Sentyabr , 2014 16:05
​Azərbaycan vətəndaşları 137 ölkə ilə alış-veriş edib
Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının rezidentləri (vətəndaşlar) dünyanın 137 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə 2014-cü ilin müvafiq dövründə 103 ölkəyə əmtəə ixrac olunub, 123 ölkədən isə idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.

Yeddi ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 24,2 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 19,3 milyard dollar, idxalın həcmi 4,9 milyard dollar təşkil etmiş, nəticədə 14,4 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 968,1 milyon dollar təşkil etmişdir. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 102,8 dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi