"Azərsun Holdinq" istehsalı və ixracı genişləndirəcək

"Azərsun Holdinq" istehsalı və ixracı genişləndirəcək Azərbaycan məhsulları 59 ölkədə gömrüksüz satış mərkəzlərində (duty-free) satılacaq
Biznes
18 Mart , 2015 17:56
Azərsun Holdinq istehsalı və ixracı genişləndirəcək

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın aparıcı qida istehsalçılarından olan "Azərsun Holdinq" Şirkətlər Qrupu manatın devalvasiyası fonunda idxaldan asılılığı azaltmaq, kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirmək, habelə yerli istehsala təkan vermək məqsədilə bir sıra tədbirlər həyata keçirməyi qərara alıb. "Report"un məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Holdinqin baş direktoru Savaş Uzan bildirib. 

S.Uzan qeyd edib ki, Azərbaycan güclü ixrac potensialına malikdir: "Biz xarici bazarlara çıxmaq üçün bir sıra qərarlar qəbul etmişik. Bu məqsədlə ilk olaraq keçən ay Almaniyada ofis açdıq və yerli məhsullarımızı bu ölkəyə ixrac etdik. Eyni zamanda, Azərbaycanın yerli kənd təsərrüfatı məhsullarını, xüsusilə də "Azərçayı"ın Avropaya və digər ölkələrə ixracını təşkil etmək üçün Almaniyanın "Heinemann" şirkəti ilə müqavilə imzalamışıq. Bu anlaşma sayəsində Azərbaycan məhsulları 59 ölkədə gömrüksüz satış mərkəzlərində (duty-free) satışa çıxarılacaq. Bunun ardınca isə yerli istehsal olunan nar şirələrinin də satışının təşkil edilməsi nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi