Azərbaycanlı sahibkar Ukraynada zavodun yenidənqurmasına sərmayə qoyacaq

Azərbaycanlı sahibkar Ukraynada zavodun yenidənqurmasına sərmayə qoyacaq Sumşinada yerləşən zavod ildə təxminən 200 min ton soya, günəbaxan, raps emal edə biləcək
Biznes
22 Yanvar , 2016 12:09
Azərbaycanlı sahibkar Ukraynada zavodun yenidənqurmasına sərmayə qoyacaq

Bakı. 22 Yanvar. REPORT.AZ/ Azərbaycan şirkəti "Elite-Oil" Ukraynada soya yağı və heyvan yemi istehsal edən zavodun yenidənqurmasına investisiya qoymaq niyyətindədir.

"Report" "Qolos Ukrainı"ya istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Elina Əliyeva məlumat verib.

Onun sözlərinə görə, "Elite-Oil" şirkəti artıq 15 ildir Ukraynada fəaliyyət göstərir və iki vilayətdə emal zavoduna malikdir.

Sumşinada yerləşən heyvan yemi emal edən zavod hazırda qeyri-işlək vəziyyətdədir. Hazırda orada elevatorun yenidənqurması aparılır və tezliklə müasir istehsal sahəsi yaradılacaq. İlkin hesablamalara görə, zavod ildə təxminən 200 min ton soya, günəbaxan, raps emal edə və onlardan bitki yağı və müxtəlif heyvan yemləri istehsal edə biləcək.

Son xəbərlər

Orphus sistemi