Azərbaycanlı iş adamları "Trade Expo Jakarta-2016" sərgisinə qatılacaq

Azərbaycanlı iş adamları "Trade Expo Jakarta-2016" sərgisinə qatılacaq İş adamları iki ölkə arasında ticarət əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edəcəklər
Biznes
5 Oktyabr , 2016 14:32
Azərbaycanlı iş adamları Trade Expo Jakarta-2016 sərgisinə qatılacaq

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanlı iş adamları oktyabrın 12-16-da İndoneziyanın paytaxtı Cakartada keçiriləcək "Trade Expo Jakarta-2016" sərgisində iştirak edəcəklər.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, iş adamlarını İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bey Fanani müşayiət edəcək.

Sərgidə azərbaycanlı iş adamları indoneziyalı həmkarları ilə görüşlər keçirəcək, iki ölkə arasında ticarət əməkdaşlığının genişləndirilməsi imkanları ilə bağlı müzakirə aparacaqlar.

Xatırladaq ki, daha əvvəl İndoneziya səfiri dəfələrlə iki ölkə arasında ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi