Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 3 dəfə azalıb

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 3 dəfə azalıb Bununla yanaşı, mənfi saldo 30% azalıb
Biznes
3 Sentyabr , 2016 16:16
Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 3 dəfə azalıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi 312,265 mln. dollar təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin həcmində illik müqayisədə 2,8 dəfə azalma müşahidə olunub. Belə ki, ötən ilin ilk yeddi ayında ticarət dövriyyəsi 877,504 mln. dollar olub.

Hesabat dövründə ixrac əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 dəfə azalaraq 31,673 mln. dollara, idxal isə 54,4% azalaraq 280,592 mln. dollara enib. Ticarət dövriyyəsinin mənfi saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 30% azalaraq cari ilin yanvar-iyul ayları ərzində 248,919 mln. dollara enib.

Qeyd edək ki, Azərbaycanın ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 3,34% olan ABŞ əsas ticarət tərəfdaşlarının siyahısında 9-cu yerdə qərarlaşıb. İxracın 0,69%-i, idxalın isə 5,90%-i ABŞ-ın payına düşüb.

Son xəbərlər

Orphus sistemi