Bakı. 5 oktyabr. REPORT.AZ/ Oktyabrın 31-də saat 12:00-da "Gəncə Yağ-Piy" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Heydər Əliyev prospekti,53 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə müəssisənin ləğvetmə balansı və hesabatının təsdiq edilməsi məsələləri daxildir.