Bakı. 20 avqust. REPORT.AZ/
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Məlumata görə, son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə KİV-də yayılan məlumatlar üzrə də Dövlət Xidməti tərəfindən istehlak bazarında araşdırmalara başlanılıb.
Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görüləcək.