​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İran səfirini qəbul edib

​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İran səfirini qəbul edib Azərbaycan-İran Dövlət Komissiyasının 10-cu iclası Tehranda keçirilə bilər
Biznes
11 Sentyabr , 2015 16:11
​Azərbaycanın iqtisadiyyat və sənaye naziri İran səfirini qəbul edib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın ölkədəki səfiri Möhsün Pakayini qəbul edib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, Ş.Mustafayev Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda İrana səfəri və keçirilən görüşlərin iki ölkə arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını vurğulayıb.

Səfir M.Pakayin İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsini qeyd edib, alternativ enerji, dağ-mədən sənayesi, neft maşınqayırması, bankçılıq sahələrində də əməkdaşlıq imkanlarını vurğulayıb. Səfir Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti, X iclasının Tehranda keçirilməsini təklif edib.

Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, bu ilin avqust ayında Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində müzakirə edilən məsələlərin icrası, oktyabrda İran nümayəndə heyətinin Azərbaycana və bu ilin sonunda Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi