Azərbaycanın iqtisadiyyat naziri Çin səfiri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Çin səfiri ilə görüşüb Səfir görüşdə səsləndirilən təkliflərin potensial Çin investorlarına çatdırılacağını bildirib
Biznes
2 Mart , 2016 10:16
Azərbaycanın iqtisadiyyat naziri Çin səfiri ilə görüşüb

Bakı. 2 mart. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Çinın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinu qəbul edib. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu bildirib, Çinlə sənaye, kimya, kənd təsərrüfatı, turizm, İKT və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Bundan əlavə, Çin şirkətlərinin Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün də geniş potensial mövcuddur.

Çin səfiri isə öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Prezident İlham Əliyevin Çinə son səfəri çərçivəsində keçirilən görüşlərin və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. X.Tsyuin iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirib.

Ş.Mustafayev Çinin kommersiya nazirini və iş adamlarını Azərbaycana səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi