​Azərbaycanın Gürcüstana investisiya qoyuluşu iki dəfə artıb

​Azərbaycanın Gürcüstana investisiya qoyuluşu iki dəfə artıb Azərbaycan qonşu dövlətə sərmayə yatıran lider ölkə olub
Biznes
9 Sentyabr , 2015 16:20
​Azərbaycanın Gürcüstana investisiya qoyuluşu iki dəfə artıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin II rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 160 mln. ABŞ dolları həcmində sərmayə yatırıb."Report" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 82 mln. dollar və ya 2 dəfə çoxdur.

Məlumata görə, bu ilin ilk rübündə Gürcüstana Azərbaycan iş adamları tərəfindən 59 mln. dollar investisiya yatırılıb.

Gürcüstana yatırım edən ölkələr sırasında ikinci yerdə 68 mln. dollar göstərici ilə Hollandiya və 41 mln. dollarla Türkiyə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan və Türkiyənin Gürcüstana yatırımları ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi