​Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi kəskin azalıb

​Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi kəskin azalıb Azərbaycandan ixrac 51%, idxal isə 18% azalıb
Biznes
19 Aprel , 2016 11:44
​Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi kəskin azalıb

Bakı. 19 aprel. REPORT.AZ/ Cari ilin birinci rübü ərzində Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azalaraq 1 530 943,28 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə Azərbaycan Aİ ölkələrinə 1 020 208,85 min dollar həcmində ixrac həyata keçirib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,94% azdır. İdxal əməliyyatları isə 17,57% azalaraq 510 734,43 min dollara düşüb.

Hesabata əsasən, cari ilin I rübündə Azərbaycan üzrə cəmi ixracın 57,30%-i, idxalın isə 27,97%-i məhz Aİ ölkələrinin payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 61,46% və 25,43% təşkil edib.

Son xəbərlər

Orphus sistemi