Azərbaycandan vergi borcuna görə çıxması qadağan edilənlərin sayı 995-ə çatıb

Azərbaycandan vergi borcuna görə çıxması qadağan edilənlərin sayı 995-ə çatıb Ölkəni tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 612-yə çatıb
Biznes
18 Oktyabr , 2016 14:37
Azərbaycandan vergi borcuna görə çıxması qadağan edilənlərin sayı 995-ə çatıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin sayı 17 nəfər artaraq 612-yə çatdırılıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə dəyişməyib və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 978-dən 995-ə çatıb.

Son xəbərlər

Orphus sistemi