Azərbaycandan vergi borcuna görə xaricə çıxması qadağan edilənlərin sayı 1 000-i keçib

Azərbaycandan vergi borcuna görə xaricə çıxması qadağan edilənlərin sayı 1 000-i keçib Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 383-ə çatıb
Biznes
19 Oktyabr , 2016 17:30
Azərbaycandan vergi borcuna görə xaricə çıxması qadağan edilənlərin sayı 1 000-i keçib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin sayı 9 nəfər artaraq 618-ə çatıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 1 nəfər artıb və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 991-dən 1001-ə çatıb.

Son xəbərlər

Orphus sistemi