Azərbaycandan MDB ölkələrinə ixrac 45% azalıb

Azərbaycandan MDB ölkələrinə ixrac 45% azalıb MDB ölkələrinə ixracın 78%-i, idxalın isə 74%-i Rusiyanın payına düşür
Biznes
5 Oktyabr , 2015 17:07
Azərbaycandan MDB ölkələrinə ixrac 45% azalıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 13,18% azalaraq 2015-ci ilin yanvar-avqust ayları ərzində 1 626,3 mln. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycandan MDB ölkələrinə ixrac illik 45,13% azalaraq bu ilin yanvar-avqust ayları ərzində 308,9 mln. dollara enib. Bu müddətdə idxalın həcmi isə 0,54% artaraq 1 317,4 mln. dollar olub. MDB ölkələrinin xüsusi çəkisi məcmu ixracda 3,77%, idxalda isə 22,33% təşkil edib.

MDB ölkələrinə ixracın 78,2%-i və ya 241,6 mln. dolları, idxalın isə 74,3%-i və ya 978,2 mln. dolları Rusiyanın payına düşüb. Rusiyaya ixrac həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6% azalma, idxalda isə 23,6% artım müşahidə olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi ticarət dövriyyəsi illik 32,83% azalaraq 14,082 mlrd. dollar, o cümlədən idxal 5,09% artaraq 5,899 mlrd. dollar, ixrac 46,69% azalaraq 8,184 mlrd. dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi