Azərbaycandakı avtodilerlər yeni kampaniyaya başlayıb

Azərbaycandakı avtodilerlər yeni kampaniyaya başlayıb Brendlərin yeni modellərinin ilk 3 aylıq krediti diler tərəfindən ödənilir
Biznes
5 May , 2015 09:53
Azərbaycandakı avtodilerlər yeni kampaniyaya başlayıb

Bakı. 5 may. REPORT.AZ/ "Honda Azerbaijan", "Subaru Azerbaijan", "Mazda Azerbaijan" və "Mitsubishi Azerbaijan" şirkətləri yeni kampaniyaya başlayıb. Rəsmi avtomobil dilerlərindən “Report”a verilən məlumata görə, iyun ayının 30-dək alınan avtomobillərin 3 aylıq kredit ödənişi müştərilərə hədiyyə olunacaq.

Kredit 50% ilkin ödəmə, 14% illik və 3 il müddətinə təqdim edilir. Məsələn, qiyməti 18 900 manat olan "Honda City" modeli alan şəxs kreditin 3 aylıq hissəsini (969 manat), 24 900 manatlıq "Subaru XV" modeli alan müştərilər kreditin 3 aylıq hissəsini (1 277 manat) ödəməyəcək.

"Subaru"nun "Forester", "Outback", XV və "Legacy" modelləri, "Honda"nın "City" modeli, "Mitsubishi"nin "Outlander", "Pajero" və "Attrage" modelləri və "Mazda"nın "Mazda 3", "CX-9" və yenilənmiş "Mazda 6" və "CX-5" modellərinin 2015-ci il istehsalı olan maşınlar artıq rəsmi distributorların satış salonlarındadır. 

Bununla yanaşı, nağd ödənişlə avtomobil almaq istəyənlərə xüsusi qiymətlər təklif olunacaq. Kampaniya yalnız "Bank Respublika" ASC vasitəsi ilə ayrılan kreditlərə şamil olunur.

Qeyd edək ki, brendlərin rəsmi saytlarında avtomobillərin qiymətləri və ödənişlər manatla göstərilsə də, faktiki olaraq bütün ödəmələr ABŞ dolları ekvivalentində cari məzənnə ilə aparılır.

Son xəbərlər

Orphus sistemi