Azərbaycanda vergi borcuna görə 700-dən artıq şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb

Azərbaycanda vergi borcuna görə 700-dən artıq şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb Xaricə çıxışına icazə verilməyən şəxslər arasında əcnəbi vətəndaşlar, eləcə də bir sıra məşhur şəxslər var
Biznes
24 Avqust , 2016 13:09
Azərbaycanda vergi borcuna görə 700-dən artıq şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb

Bakı. 24 avqust. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə 708 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb. "Report" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 308-i fiziki şəxslər, 400-ü isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Azərbaycandan çıxışına icazə verilməyən şəxslər arasında xarici vətəndaşlar, eləcə də bir sıra məşhur şəxslər, məsələn, "Bakı Futbol Klubu" MMC-nin prezidenti Zeynal Məmmədov (məşhur iş adamı Hafiz Məmmədovun qardaşı), "Çudo Peçka" MMC-nin nümayəndəsi Fuad Məmmədov, "Gəncə Şərab" ASC-nin rəhbəri Mirməhəmməd Məmmədov və s. şəxslər var.

Son xəbərlər

Orphus sistemi