Azərbaycanda "Tulçinka" yağının süni bahalaşdırılması ilə bağlı iş qaldırılıb

Azərbaycanda "Tulçinka" yağının süni bahalaşdırılması ilə bağlı iş qaldırılıb "Komrad" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş açılıb
Biznes
26 Fevral , 2015 17:52
Azərbaycanda Tulçinka yağının süni bahalaşdırılması ilə bağlı iş qaldırılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Manatın məzənnəsinin dəyişdirilməsi ilə istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında “Tulçinka” yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

“Report” nazirliyə istinadən bilirir ki, bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan “Komrad” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Son xəbərlər

Orphus sistemi