​Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri 12,4% bahalaşıb

​Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri 12,4% bahalaşıb Hava nəqliyyatı üzrə yükdaşıma qiymətləri isə 17% artıb
Biznes
13 Yanvar , 2016 20:49
​Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri 12,4% bahalaşıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ilin dekabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 13,5%, qazın nəql olunması qiyməti isə 15,9% bahalaşıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, hava nəqliyyatı üzrə yükdaşıma qiymətləri 17%, dəmir yolu və dəniz nəqliyyatı üzrə isə yükdaşıma qiymətləri müvafiq olaraq 15,6% və 18,1% bahalaşıb.

Avtomobil nəqliyyatı üzrə yükdaşıma qiymətlərində 1,1% ucuzlaşma müşahidə olunub. Ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 12,4% bahalaşıb.

Son xəbərlər

Orphus sistemi