Azərbaycanda lombardlar və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olanlar üçün təlim keçirilib

Azərbaycanda lombardlar və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olanlar üçün təlim keçirilib Təlimin təşkilatçısı Maliyyə Monitorinqi Xidməti olub
Biznes
23 Dekabr , 2015 15:33
Azərbaycanda lombardlar və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olanlar üçün təlim keçirilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə iştirak edən monitorinq subyektlərinin maarifləndirilməsi tədbirlərini davam etdirir.

"Report"un Xidmətə istinadən verdiyi xəbərə görə, bu məqsdlə 2015-ci il üzrə Tədris Planına uyğun olaraq "Lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən məlumatların Maliyyə Monitorinqi Xidmətinə göndərilməsi qaydaları və PL/TMM üzrə tipologiyalar" mövzusunda treninq təşkil edilib. Təlimdə eyniləşdirmə və verifikasiya tədbirləri, məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi və PL/TM tipologiyaları üzrə məlumatlar verilib və müzakirələr aparılıb.

Sözügedən təlimdə Azərbaycanda fəaliyyət göstərən lombardlar və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan fiziki və hüquqi şəxslərin məsul şəxsləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi