​Azərbaycanda ixrac malları üzrə ekspertiza aktı 2 saata veriləcək

​Azərbaycanda ixrac malları üzrə ekspertiza aktı 2 saata veriləcək İqtisadiyyat Nazirliyi bununla bağlı qərar qəbul edib
Biznes
9 Fevral , 2016 09:53
​Azərbaycanda ixrac malları üzrə ekspertiza aktı 2 saata veriləcək

Bakı. 9 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin əmrinə əsasən, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Mərkəzə müraciət daxil olduğu vaxtdan 2 saat ərzində keçiriləcək.

“Report” Ekspertiza Mərkəzinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin bu il fevralın 6-da keçirilən kollegiya iclasında bununla bağlı qərar qəbul edilib.

Qərara əsasən, bundan sonra ixrac prosedurasının daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatı bir gün ərzində veriləcək.

Son xəbərlər

Orphus sistemi