​Azərbaycanda idxal gömrük rüsumlarının azaldılması təklif olunur

​Azərbaycanda idxal gömrük rüsumlarının azaldılması təklif olunur Millət vəkilləri bunu qiymət artımının baş verməməsi üçün vacib sayırlar
Biznes
17 Mart , 2015 13:51
​Azərbaycanda idxal gömrük rüsumlarının azaldılması təklif olunur

Bakı. 17 mart. REPORT.AZ/ "Azərbaycan hökuməti iqtisadiyyatın neft üzərində köklənməsindən uzaqlaşmalıdır və iqtisadiyyatın fərqli doktrinası hazırlanmalıdır". "Report"un verdiyi xəbərə görə, bu təkliflə millət vəkili İqbal Ağazadə bu gün parlamentdə Nazirlər Kabinetinin 2014-cü il üzrə hesabatının təqdimatında bildirib.

"Bundan başqa, kənd təsərrüfatı istehsalı fərqli rels üzərinə çıxarılmalıdır. Kənd təsərrüfatı istehsalçıları üçün həvəsləndirici addımlar atılmalıdır. Dünya praktikasına görə, xaricə məhsulunu çıxarmaq istəyənlər üçün ayrıca stimullaşdırıcı addımlar atılır. Məsələn, 18%-lik ƏDV-nin 3 ay sonra ödənilməsi məsələsinin tətbiqi həm yerli bazarın təminatı baxımından, həm də kənd təsərrüfatı məhsulllarının xarici bazara çıxarılmasına təkan verə bilər", - deyə İ.Ağazadə qeyd edib.

Deputatın sözlərinə görə, milli valyutanın devalvasiyasından sonra müşahidə edilən qiymət artımının dövlət tərəfindən inzabati tənzimlənməsi problem yarada bilər. Onun sözlərinə görə, belə şəraitdə dövlət yalnız antiinhisar tədbirləri həyata keçirməlidir.

İclasda çıxış edən millət vəkili Zahid Oruc da öz növbəsində ümumi nəzəriyyəyə əsasən, devalvasiyanın 1/10 həcmində inflyasiya yaradacağını deyib. O bildirib ki, Azərbaycan 6 100 adda məhsul idxal edir və bununla əlaqədar gömrük rüsumlarına yenidən baxılmalıdır ki, daxili bazarda qiymətlər artmasın: "Devalvasiyadan sonra görülməli məsələlərə büdcənin yenidən baxılması, gömrük rüsumlarının nəzərdən keçirilməsi, vergi dərəcələri və bank faizləri kimi məqamlar aiddir".

Son xəbərlər

Orphus sistemi