​Azərbaycanda aparılan iqtisadi islahatlar QHT rəhbərləri ilə müzakirə olunub

​Azərbaycanda aparılan iqtisadi islahatlar QHT rəhbərləri ilə müzakirə olunub “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin növbəti ictimai müzakirəsi keçirilib
Biznes
27 İyul , 2016 17:31
​Azərbaycanda aparılan iqtisadi islahatlar QHT rəhbərləri ilə müzakirə olunub

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin növbəti ictimai müzakirəsi keçirilib. Bu barədə "Report"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.

Məlumata görə, tədbiri giriş sözü ilə açan Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov milli iqtisadiyyatın strateji yol xəritəsinin müasir inkişafın tələblərinə uyğun şəkildə hazırlanmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda iqtisadiyyatın inkişafı üçün həyata keçirilən dövlət tədbirlərinin effektivliyindən danışaraq ölkə QHT-lərinin də bu prosesdə fəal iştirakının vacib olduğunu bildirib.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı isə qeyd edib ki, “Milli iqtisadiyyatın strateji yol xəritəsi” çərçivəsində dünya miqyasında kapital, istedad və bazarlar uğrunda mübarizədə Azərbaycanın uğurla mövqe qazanması üçün imkanlar müəyyənləşdirilib. O, Azərbaycanın orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməsi üçün yüksək gəlirli və elm-tutumlu sahələrin inkişafının vacib olduğunu deyib.

V.Qasımlının sözlərinə görə, miqyas effektinin təsirindən qaçmaq üçün Azərbaycan istedadların və özəl şirkətlərin “kritikhəcmi”nə malik ekosistem qurmalı və bir neçə sahədə ixtisaslaşmalıdır. Yalnız dərin ixtisaslaşma Azərbaycana dünya bazarında mövqelərini daha da gücləndirməyə imkan verəcək: “Diversifikasiyadan ixtisaslaşmaya doğru getmək lazım olacaq. Nisbətən kiçik miqyaslı Tayvan, Koreya, Sinqapur və Malayziya kimi ölkələrin uğur hekayətinin arxasında bir neçə sektorun üzərində fokuslaşmaq kimi səbəb dayanır. Çünki hökumət çox deyil, optimal sayda sektorları prioritet elan edəndə resursların səmərəli paylanması təmin edilir. Milli iqtisadiyyatın strateji yol xəritəsi məhz bu perspektivdən də faydalıdır”.

Toplantıda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmmməd Nuriyev və “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov məruzə ilə çıxış ediblər.

Sonra QHT rəhbərlərinin iştirakı ilə davam etdirilən müzakirələrdə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədi ilə bağlı təkliflər səsləndirilib.

Tədbir Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, İİTKM və QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi