​Azərbaycanda "AmCham"a yeni prezident və Direktorlar Şurası seçilib

​Azərbaycanda "AmCham"a yeni prezident və Direktorlar Şurası seçilib İlqar Vəliyev növbəti dəfə Azərbaycanda “AmCham”ın prezidenti seçilib
Biznes
27 Fevral , 2015 16:44
​Azərbaycanda AmChama yeni prezident və Direktorlar Şurası seçilib

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) illik iclasını keçirərək, yeni prezident və Direktorlar Şurasına altı yeni üzv seçib.

"AmCham”dan “Report”a verilən məlumata əsasən, əsas toplantı Direktorlar Şurasının üzvü Gündüz Kərimov, icraçı direktor səlahiyyətlərini yerinə yetirən Fərid İsmayılzadə və Vergi və Gömrük Komitəsinin sədri Həsən Quliyevin fəaliyyətinin dəyərləndirilməsi və vəzifələrindən ayrılması, o cümlədən Komitənin yeni sədri Bəxtiyar Aslanbəylinin salamlanması ilə başlayıb.

Palatanın Direktorlar Şurasına seçkilərdən sonra keçirilən prezident seçkilərinin nəticəsində yekdilliklə “Ernst&Young” şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı İlqar Vəliyev növbəti dəfə Azərbaycanda "AmCham"ın prezidenti seçilib.

İ.Vəliyevlə birgə Direktorlar Şurasına yeni seçilmiş üzvlər – KPMG şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Vüqar Əliyev, “Golden Pay” şirkətinin təsisçisi və baş direktoru Fərid İsmayılzadə, “Azerfon” (“Nar Mobile”) şirkətinin baş direktoru Kent Makneli, “Chevron” şirkətinin Azərbaycandakı regional meneceri Erik M.Uolker, “PAŞA Bank”ın baş investisiya inzibatçısı Taleh Kazımov və Şuranın hazırkı üzvləri - "PwC" şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Mövlan Paşayev, “Societe Generale” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Teybə Quliyeva, “Deloitte” şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Nuran Kərimov və BP-nin biznes xidmətləri üzrə vitse-prezidenti Vilbert Lonq daxil ediliblər.

Qeyd edək ki, gələcək aylarda Direktorlar Şurası “AmCham”ın mövcud komitələrinin səmərəliyini artırmaqla Palatanın fəaliyyətinin genişləndirilməsi istiqamətində işləri davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi