Azərbaycanda aksiz malların plastik kartla satışı dayandırılıb - YENİLƏNİB

Azərbaycanda aksiz malların plastik kartla satışı dayandırılıb - YENİLƏNİB Bu qərar sahibkarların Prezidentə müraciətləri əsasında qəbul edilib
Biznes
12 Yanvar , 2016 17:37
Azərbaycanda aksiz malların plastik kartla satışı dayandırılıb - YENİLƏNİB

İlk xəbər xəbər saat 17:30-da verilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 12-dən etibarən Azərbaycanda bəzi aksiz malların (spirtli içkilərin) plastik kartlarla satışı müvəqqəti olaraq dayandırılıb. "Report" xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov AzTV-yə müsahibəsində bildirib.

Qeyd olunur ki, bu qərar sahibkarların dövlət başçısına müraciətləri əsasında qəbul edilib.

***

"Azərbaycanda bu işləri həyata keçirmək üçün ticarət və ictimai iaşə müəssisələrində 86 mindən çox POS-terminal quraşdırılıb. Bu işlər üçün 6 mln.-dan çox kart var. Amma spirtli içkilərin kartlarla satılması ilə bağlı sənədləşmə işlərində bəzi problemlər var. Bizdə olan məlumata görə, həm Prezident Administrasiyasına, həm də bizə bu barədə sahibkarların çoxsaylı müraciətləri olur. Bütün bunları nəzərə alaraq, Prezident tapşırıq verib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın", - deyə nazir müavini bildirib.

"Yəqin ki, hazırlıq işləri başa çatandan sonra bununla bağlı ayrıca qərar veriləcək", - deyə S.Ələkbərov əlavə edib.

Son xəbərlər

Orphus sistemi