​Azərbaycanda 3 ulduzlu hotelin inşasına güzəştli kredit veriləcək

​Azərbaycanda 3 ulduzlu hotelin inşasına güzəştli kredit veriləcək Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin qəbuluna başlayıb
Biznes
2 Avqust , 2016 14:52
​Azərbaycanda 3 ulduzlu hotelin inşasına güzəştli kredit veriləcək

Bakı. 2 avqust. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xızı rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Məlumata görə, SKMF ixtisaslaşdırılmış “yaşıl market”in, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat istehsalı müəssisəsinin və 3 ulduzlu hotelin yaradılması ilə bağlı layihələri maliyyələşdirəcək. 

Qeyd olunur ki, sahibkarlar bu gündən etibarən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi