​Azərbaycanda 3 şirkət nizamnamə kapitalını kəskin azaldıb

​Azərbaycanda 3 şirkət nizamnamə kapitalını kəskin azaldıb "Akkord Nəqliyyat" nizamnamə kapitalını 69% azaldıb
Biznes
16 Dekabr , 2015 11:01
​Azərbaycanda 3 şirkət nizamnamə kapitalını kəskin azaldıb

Bakı. 16 dekabr. REPORT.AZ/ "Akkord Nəqliyyat" MMC nizamnamə kapitalını azaltdığını elan edib. "Report"un əldə etdiyi məlumata görə, MMC nizamnamə kapitalını 68,5% - 28,658 mln. manatdan 9,015 mln. manata salıb.

Bununla yanaşı, "Körpü Tunel Tikinti" MMC də nizamnamə kapitalını 3,491 mln. manat və ya yaxud 32,9% azaldaraq 7,187 mln. manata çatdırıb.

Azərbaycanda fəaliyyət göstərən digər şirkət - "Cement Trading" MMC isə nizamnamə kapitalını 99,95% azaltdığını elan edib. Belə ki, bu şirkətin nizamnamə kapitalı 199,9 min manatdan 100 manata qədər azaldılıb.

Son xəbərlər

Orphus sistemi