Azərbaycana yeni "Audi" avtomobil modeli gətiriləcək

Azərbaycana yeni "Audi" avtomobil modeli gətiriləcək İlkin mərhələdə bu avtomobil modelinin idxalı yalnız sifarişlə həyata keçiriləcək
Biznes
6 May , 2015 13:12
Azərbaycana yeni Audi avtomobil modeli gətiriləcək

Bakı. 6 may. REPORT.AZ/ Almaniyanın "Audi" avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı olan "Audi Azerbaijan" şirkəti yeni, "Audi RS3 Sportback" modeli avtomobilləri üçün sifarişlərin qəbuluna başlayıb. 

Şirkətdən “Report”a verilən məlumata görə, avtomobilin modifikasiyası alıcıların özləri tərəfindən müəyyənləşdirilir, opsiyaları müştərilər seçir.

Avtomobil 2,5 litr həcmində mühərriklə təchiz olunub. "Audi RS3 Sportback" benzinlə işləyən versiyasının Azərbaycanda satış qiyməti 70-80 min manatdan başlayacaq. Çətin yoxuşlar üçün problemsiz hesab olunan və 367 at gücünə malik olan bu avtomobil 100 km/saat sürətini 4,3 saniyəyə yığır.

Şirkətin məlumatına görə, ilkin mərhələdə bu avtomobil modelinin idxalı yalnız sifarişlə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi