Azərbaycana "Mercedes-Benz"in iki yeni modeli gətirilir

Azərbaycana "Mercedes-Benz"in iki yeni modeli gətirilir Artıq bu avtomobillərin alınması üçün sifarişlərin qəbuluna başlanılıb
Biznes
31 İyul , 2015 13:11
Azərbaycana Mercedes-Benzin iki yeni modeli gətirilir

Bakı. 31 iyul. REPORT.AZ/ Sentyabr ayının sonunda Azərbaycana “Mercedes-Benz” avtomobilinin iki yeni modeli - "GLE Coupe” və “GLC” modelləri gətiriləcək. "Report” xəbər verir ki, artıq bu avtomobillər üçün sifarişlərin qəbuluna başlanılıb.

“Mercedes-Benz GLC”nin baza qiyməti (ƏDV daxil olmaqla) 43 400 avro, “Mercedes-Benz GLE Coupe”nin baza qiyməti isə 64 700 avro müəyyənləşdirilib.

Qeyd edək ki, alıcılar bu qiymətə yalnız “GLE Coupe 400” modelini əldə edə bilərlər. “GLE Coupe” modelinin yalnız “GLE Coupe 400”, “GLE Coupe 450” ve “GLE Coupe 63” seriyalarını yerli avtosalonlarda tapmaq mümkün olacaq. 

Son xəbərlər

Orphus sistemi