Azərbaycan yeyinti məhsullarının idxalını 13% azaldıb

Azərbaycan yeyinti məhsullarının idxalını 13% azaldıb Cəmi idxalda yeyinti məhsullarının payı artır
Biznes
18 Aprel , 2016 14:24
Azərbaycan yeyinti məhsullarının idxalını 13% azaldıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycana yeyinti məhsulları idxalı illik müqayisədə 13,36% azalaraq 2016-cı ilin yanvar-mart ayları ərzində 247 319,41 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ət idxalı 13,62% artaraq 5 446,14 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 35,37% artaraq 10 371,93 min dollar, meyvə-tərəvəz - 2 dəfədən çox artaraq 43 264,49 min dollar, çay - 2,9 dəfə artaraq 9 049,46 min dollara çatıb. Bu müddətdə süd idxalı 12,34% azalaraq 1 511,05 min dollar, buğda idxalı isə 66,38% azalaraq 39 411,74 min dollar olub.

Cari ilin ilk 3 ayı ərzində Azərbaycanın cəmi idxalının 13,54%-i məhz yeyinti məhsullarının payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə cəmi idxalda yeyinti məhsullarının payı 11,61% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi