Azərbaycan Yeni il bayramı ərəfəsində Moskvaya naringi ixrac edəcək

Azərbaycan Yeni il bayramı ərəfəsində Moskvaya naringi ixrac edəcək Siyahıda Mərakeş, Argentina və Uruqvayın da adı var
Biznes
6 Oktyabr , 2016 07:47
Azərbaycan Yeni il bayramı ərəfəsində Moskvaya naringi ixrac edəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyada ilin əsas bayramı olan Yeni il ərəfəsində moskvalıların ən sevimli qış meyvəsi naringinin idxal olunacağı ölkələrin adlarına aydınlıq gəlib. Siyahıda Azərbaycan da var.

"Report" xəbər verir ki, bu barədə Moskvanın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuka istinadən "Moskva" agentliyi məlumat yayıb.

O qeyd edib ki, bu ölkələrdən biri Rusiyaya məşhur naringi ixracatçısı kimi ad çıxartmış Mərakeşdir. Onun sözlərinə görə, bu siyahıya, həmçinin Cənubi Amerika ölkələri – Argentina və Uruqvay, o cümlədən İsrail, Pakistan və CAR da daxildir.

Aleksey Nemeryuk Yeni il ərəfəsində Moskvaya Azərbaycandan da naringi idxalının gözlənildiyini diqqətə çatdırıb. Departament rəhbəri idxal olunacaq naringilərin arasında keyfiyyət və qiymət fərqinin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi