​Azərbaycan vergi yükünü azaldacaq

​Azərbaycan vergi yükünü azaldacaq Nazir müavini: "Hazırda vergi yükü 39,8%-dir, bu yükün azaldılması nəzərdə tutulub"
Biznes
10 Avqust , 2016 11:43
​Azərbaycan vergi yükünü azaldacaq

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda həyata keçirilməsi planlaşdırılan vergi islahatlar üç istiqamətdə aparılacaq. "Report” xəbər xəbər verir ki, bu barədə Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İlkin Vəliyev məlumat verib.

Onun sözlərinə görə, istiqamətlərdən biri vergi yükünün optimallaşdırılması ilə bağlıdır: "Hazırda bizdə vergi yükü 39,8%-dir. Bu, əksər ölkələrdən aşağı olsa da, region ölkələrindən bir qədər yüksəkdir. Odur ki, bu yükün azaldılması nəzərdə tutulub”.

İ.Vəliyev digər istiqamətərin isə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və vergi potensialının artırılması ilə bağlı olduğunu deyib: “Burada söhbət rəqəmsal ticarətin vergiyə cəlb edilməsindən, transfer qiymətlərinin tətbiqindən gedir”. 

Son xəbərlər

Orphus sistemi