Bakı. 2 iyun. REPORT.AZ/ Cari ilin may ayı ərzində Azərbaycanda vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5 325 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
"Report"un
Hesabat dövründə 256 vergi ödəyicisi tərəfindən 535 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 254 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 54 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.