Azərbaycan vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırılan şəxslərin sayını artırıb

Azərbaycan vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırılan şəxslərin sayını artırıb Vergilər Nazirliyi daha 14 nəfərə Azərbaycandan çıxmağa qadağan edib
Biznes
30 Avqust , 2016 11:51
Azərbaycan vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırılan şəxslərin sayını artırıb

Bakı. 30 avqust. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə daha 14 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb. "Report" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 4-ü fiziki şəxslər, 10-u isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 708-dən 722-yə (müvafiq olaraq 312 və 410 nəfər olmaqla) yüksəlib.

İcra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququnun məhdudlaşdırıldığı müəssisələr arasında 24 ASC var. Bu, əsasən qida məhsulları, o cümlədən şərab istehsal edən müəssisələr, pambıq tədarükü ilə məşğul olan şirkətlər, nəqliyyat müəssisələridir.

Son xəbərlər

Orphus sistemi