Azərbaycan və Yaponiya qrantların ayrılması haqqında sənədlər imzalayıb - FOTO

Azərbaycan və Yaponiya qrantların ayrılması haqqında sənədlər imzalayıb - FOTO Sənədlər 909 min dollar məbləğində qrantın ayrılmasını nəzərdə tutub
Biznes
6 Avqust , 2015 12:53
Azərbaycan və Yaponiya qrantların ayrılması haqqında sənədlər imzalayıb - FOTO

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycanın Kənd təsərrüfatı nazirliyi və Yaponiya hökuməti "Yaponiyanın orta və kiçik müəssisələrinin məhsullarla təmin olunması" üçün qeyri-layihə qrant yardımı xətti üzrə sənədlər imzalayıb. 

"Report" xəbər verir ki, sənədlər 100 mln. yapon yeni (909 min dollar) məbləğində qrantın ayrılmasını nəzərdə tutur.

Qeyri-layihə qrant yardımın ayrılmasının əsas məqsədi -  Yaponiyanın orta və kiçik müəssisələrinin yüksək texnologiyalarından istifadə etməklə, Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafıdır. 

Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Yaponiyanın Bakıdakı səfiri Tsuquo Takahaşi imzalayıb. 

İnfrastruktur, kənd təsərrüfatı, sosial sahənin yaxşılaşdırılması və inkişafı, mədəniyyət və insan resurslarının inkişafı üçün Yaponiya tərəfinin ayırdığı ümumi rəsmi məbləğ 1.1 mlrd. ABŞ dolları təşkil edir. 

Son xəbərlər

Orphus sistemi