​Azərbaycan və Şimali Osetiya-Alaniya arasında əməkdaşlıq saziş imzalanıb

​Azərbaycan və Şimali Osetiya-Alaniya arasında əməkdaşlıq saziş imzalanıb Sənəddə əlaqələrin inkişafı, iqtisadiyyata və sosial infrastruktura qarşılıqlı investisiya qoyuluşu kimi məsələlər əksini tapıb
Biznes
3 Fevral , 2015 14:27
​Azərbaycan və Şimali Osetiya-Alaniya arasında əməkdaşlıq saziş imzalanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, sənaye, kənd təsərrüfatı, turizm, İKT, logistika və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə olunduğu işgüzar görüşdə Azərbaycan və Şimali Osetiya-Alaniya hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Ş.Mustafayev və S.Takoyev imzalayıblar.

Qeyd edək ki, sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də təhsil, səhiyyə, gənclər siyasəti, turizm, mədəniyyət, idman və sosial-mədəni həyatın digər sferalarında Azərbaycan və Şimali Osetiya-Alaniya Respublikasının müəssisə, təşkilat və qurumlarının əlaqələrinin inkişafı, iqtisadiyyata və sosial infrastruktura qarşılıqlı investisiya qoyuluşu kimi məsələlər əksini tapıb.

Son xəbərlər

Orphus sistemi