Azərbaycan və Monteneqro sərmayə layihələrinin həyata keçirilməsini müzakirə ediblər

Azərbaycan və Monteneqro sərmayə layihələrinin həyata keçirilməsini müzakirə ediblər Həmçinin SOCAR-ın Monteneqroda regional mərkəzinin açılması haqqında təşəbbüs müzakirə olunub
Biznes
28 Noyabr , 2014 13:32
Azərbaycan və Monteneqro sərmayə layihələrinin həyata keçirilməsini müzakirə ediblər

Bakı. 28 noyabr. REPORT.AZ/ "Azərbaycanın sərmayə layihələrinin uğurla həyata keçirilməsi nəticəsində, Azərbaycan və Monteneqro arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin formalaşıb, bu da sərmayələrin həcmini artırmağa imkan verəcək".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Serbiyada və eyni zamanda Monteneqrodakı səfiri Eldar Həsənovla görüşdə Monteneqronun baş naziri Milo Cukanoviç bildirib. 

Görüşdə iki ölkə arasında əməkdaşlıq üzrə gələcək planlar, eləcə də M.Cukanoviçin bu yaxınlarda səfərinin nəticələri müzakirə olunub. 

Öz növbəsində, Azərbaycan səfiri Monteneqronun sahilboyu regionlarında nəqliyyat hərəkətinin keyfiyyətini yaxşılaşdıracaq, eləcə də Tivata və Herseqa Novi kurortlarının inkişafında rol oynayacaq infrastruktur layihələrinin həyata keçirilməsində ölkənin maraqlı olmasını təsdiqləyib.

Tərəflər iki ölkə arasında enerji sahəsindəki münasibətlərin möhkəmləndirilməsi üçün SOCAR-ın Monteneqroda regional mərkəzinin açılması haqqında təşəbbüsünü müzakirə  ediblər. 

Son xəbərlər

Orphus sistemi