​Azərbaycan spirtli içkilərin idxal və ixracını azaldıb

​Azərbaycan spirtli içkilərin idxal və ixracını azaldıb Azərbaycandan spirtli içkilərin ixracı təxminən 4 dəfə azalıb
Biznes
2 Mart , 2015 10:42
​Azərbaycan spirtli içkilərin idxal və ixracını azaldıb

Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycanda spirtli içkilərin ixracında mənfi dinamika müşahidə edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin yanvar ayında 327,11 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin ilk ayına nisbətən 3,8 dəfə azdır.

Yanvarda spirtli və spirtsiz içkilər ümumi ixracın 0,03%-ni təşkil edib.

Komitədən, həmçinin bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 2 986,32 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 19,2% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,52% təşkil edib.

Son xəbərlər

Orphus sistemi