Azərbaycan spirtli içkilərin ixracını 19% azaldıb

Azərbaycan spirtli içkilərin ixracını 19% azaldıb Hesabat dövründə Azərbaycana spirtli və spirtsiz içkilərin idxalı 11% azalıb
Biznes
22 Yanvar , 2016 13:48
Azərbaycan spirtli içkilərin ixracını 19% azaldıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2015-ci il ərzində 25 829,47 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilə nisbətən 6 045,93 min dollar yaxud 18,97% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,23%-ni təşkil edib.

Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 63 299,04 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü il ilə müqayisədə 7 679,51 min dollar və ya 10,82% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,69% təşkil edib.

Son xəbərlər

Orphus sistemi