​Azərbaycan spirtli içki idxalını 2 dəfə azaldıb

​Azərbaycan spirtli içki idxalını 2 dəfə azaldıb Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,23%-ni təşkil edib
Biznes
17 May , 2016 13:37
​Azərbaycan spirtli içki idxalını 2 dəfə azaldıb

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2016-cı ilin dörd ayında 5 745,70 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 1 214,99 min dollar yaxud 17,46% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,23%-ni təşkil edib.

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 10 396,99 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 10 109,87 min dollar və ya 49,3% (təxminən 2 dəfə) azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,4% təşkil edib.

Son xəbərlər

Orphus sistemi