Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-24-ü tarixlərində Azərbaycan, Rusiya və Qazaxıstanın iqtisadi nümayəndə heyətləri İtaliyaya səfər edəcək. Bu barədə "Report" "Unindustria Reggio Emilia" şirkətinə istinadən xəbər verir.
Nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı maşınqayırması sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olan iş adamları daxildir. Səfər zamanı Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndə heyətləri bu sahədə ixtisaslaşan 20 yerli şirkət nümayəndələri ilə görüşlər keçirəcək.
Səfər İtaliya Ticarət Palatası və "Unindustria Reggio Emilia" şirkəti tərəfindən təşkil olunacaq.