​Azərbaycan Qazaxıstandan dəmiryolu relsləri alacaq

​Azərbaycan Qazaxıstandan dəmiryolu relsləri alacaq Uzunluğu 120 metr olan relslər yüksək möhkəmliyə malikdir
Biznes
17 Oktyabr , 2015 08:03
​Azərbaycan Qazaxıstandan dəmiryolu relsləri alacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Qazaxıstandan dəmiryolu relsləri almağı planlaşdırır.

"Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli "Aktobe relstiri zavodu" MMC-nin baş direktoru Andrey Kuzmin məlumat verib.

O yeni istifadəyə verilən zavodda uzunluğu 120 metr olan yüksək möhkəmliyə malik relslərin istehsal olunacağını bildirib:

"Biz, həmçinin tir, şveller, guşələr, inşaatçılar üçün profillər buraxacağıq. İlk növbədə Qazaxıstan Dəmir Yolları, yerli tikinti şirkətlərinin tələbatını ödəyəcəyik, qalan məhsulu ixraca göndərəcəyik. Bizdən Azərbaycan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Belarus rels alacaq. Zavodun layihə gücü ildə 430 min tondur. Zavodda İtaliya istehsalı olan avadanlıqlar quraşdırılıb", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi