​Azərbaycan Qazaxıstandan 38,7 min ton buğda idxal edib

​Azərbaycan Qazaxıstandan 38,7 min ton buğda idxal edib İdxal olunan məhsulun dəyəri 8,7 milyon dollar təşkil edib
Biznes
31 Oktyabr , 2015 08:07
​Azərbaycan Qazaxıstandan 38,7 min ton buğda idxal edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Qazaxıstandan 38,7 min ton buğda idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 88,2% azdır. İdxal olunan məhsulun dəyəri 8,7 milyon dollar təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin məlumatında bildirilir.

Qazaxıstan yanvar-sentyabr ayları ərzində Rusiya və Belarusu çıxmaq şərti ilə ümumilikdə 2 milyon ton buğda ixrac edib ki (421,2 mln dollar.), bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,5% azdır.

Son xəbərlər

Orphus sistemi