​Polşalı nazir: "Azərbaycan-Polşa ticarət dövriyyəsi artır"

​Polşalı nazir: "Azərbaycan-Polşa ticarət dövriyyəsi artır" İqtisadiyyat naziri Yanuş Pexoçinski: "Azərbaycan məhsullarının Polşada satışı ilbəil artır"
Biznes
15 Dekabr , 2014 11:04
​Polşalı nazir: Azərbaycan-Polşa ticarət dövriyyəsi artır

Bakı. 15dekabr. REPORT.AZ/ Azərbaycan və Polşa arasında ticarət dövriyyəsi ilbəil artır. "Report"un verdiyi xəbərə görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda çıxış edən Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski bildirib.

"İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 2013-cü ildə 150 mln. ABŞ dolları təşkil edib. Bu, 2012-ci il ilə müqayisədə 20,6% çoxdur. Cari ilin yanvar-sentyabr aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi 26% artıb", -deyə Y.Pexoçinski qeyd edib.

"Azərbaycan məhsullarının Polşada satışı ilbəil artır. Belə ki, 2011-2012-ci illərdə məhsulların dəyəri 4,3 mln. dollar, 2013-cü ildə isə 19,9 mln. dollar təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici 24 mln.dollar olub", - deyə Y.Pexoçinski əlavə edib.

Son xəbərlər

Orphus sistemi