​Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi azalıb

​Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi azalıb Azərbaycan bu il Rusiyaya ixracı 40% azaldıb, idxalı isə 32% artırıb
Biznes
28 May , 2015 15:08
​Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi azalıb

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,33% azalaraq 2015-ci ilin yanvar-aprel ayları ərzində 858,2 mln. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ixrac 43,4% azalaraq 126,1 mln. dollar, idxal isə 5,58% artaraq 732,1 mln. dollar olub. MDB ölkələrinə ixrac ölkə üzrə məcmu ixracın 2,95%-ni, həmin ölkələrdən idxal isə məcmu idxalın 21,51%-ni əhatə edib.

MDB ölkələrinə ixracın 81,77%-i və ya 103,1 mln. dolları, idxalın isə 74,52%-i və ya 545,5 mln. dolları Rusiyanın payına düşüb. Hesabat dövründə Rusiyaya ixracda 39,79% azalma, idxalda isə 32,13% artım müşahidə olunub.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 22,42% azalaraq 7,7 mlrd. dollar təşkil edib. Bunun da 3,4 mlrd. dolları idxal, 4,3 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb. Hesabat dövründə idxalın həcmi 24,46% artıb, ixrac isə 40,33% azalıb.

Son xəbərlər

Orphus sistemi