Azərbaycan işğal olunmuş ərazilərdə fəaliyyət göstərən Britaniya şirkətlərinin siyahısını rəsmi Londona təqdim edib

Azərbaycan işğal olunmuş ərazilərdə fəaliyyət göstərən Britaniya şirkətlərinin siyahısını rəsmi Londona təqdim edib Nazir Ş.Mustafayev Britaniya hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib
Biznes
12 Fevral , 2016 14:58
Azərbaycan işğal olunmuş ərazilərdə fəaliyyət göstərən Britaniya şirkətlərinin siyahısını rəsmi Londona təqdim edib

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Londona səfəri çərçivəsində Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Modla görüşüb. "Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və B.Britaniya arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ş.Mustafayev iki ölkə arasında mövcud qanunvericilik bazasının iqtisadi əlaqələrin daha da inkişafına imkan yaratdığını, hər iki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq etdiyini, Britaniya sərmayəli şirkətlərin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib: "İndiyədək Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 23 mlrd. ABŞ dollarından çox investisiya yatırılıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclər Böyük Britaniya universitetlərində təhsil alırlar. "

Görüşdə Ş.Mustafayev investisiya, ticarət, sənaye, turizm, İKT, enerji, ekologiya və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Britaniyalı nazir F.Mod isə ötən gün Londonda keçirilən Azərbaycan-B.Britaniya Hökumətlərarası Komissiyasının iclası və ikitərəfli görüşlər çərçivəsində aparılan müzakirələrin ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Görüş zamanı nazir Ş.Mustafayev Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Britaniya şirkətlərinin siyahısını F.Moda təqdim edərək, bunun yolverilməz olduğunu, B.Britaniya hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi