Azərbaycan gömrük-keçid məntəqələrinin sayını artırmaq niyyətindədir

Azərbaycan gömrük-keçid məntəqələrinin sayını artırmaq niyyətindədir Şahin Bağırov: "Hazırda bununla bağlı qonşu ölkələrlə danışıqlar aparılır"
Biznes
6 May , 2016 11:35
Azərbaycan gömrük-keçid məntəqələrinin sayını artırmaq niyyətindədir

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan-İran sərhədində olan keçid məntəqələrinin bir çoxu hazırda fəaliyyət göstərmir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib: "Biz çalışırıq ki, onların fəaliyyətini bərpa edək".

Ş.Bağırov bildirib ki, yeni gömrük-keçid məntəqələrinin yaradılması və mövcud olanların işinin keyfiyyətinin artırılması məqsədi ilə DGK qonşu ölkələrlə danışıqlar aparır: "Həmçinin gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçiriməsi ilə bağlı danışıqlar aparırıq".

Son xəbərlər

Orphus sistemi