Azərbaycan ət idxalını artırıb

Azərbaycan ət idxalını artırıb Şəkər idxalı isə 30% azalıb
Biznes
22 May , 2015 18:10
Azərbaycan ət idxalını artırıb

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı illik müqayisədə 19,8% artaraq 2015-ci ilin yanvar-aprel ayları üzrə 406,5 mln. ABŞ dolları təşkil edib. Bu da ölkə üzrə cəmi idxalın 12%-nə bərabərdir.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ət idxalı 5,5% artaraq 7,6 mln. dollar, kərə yağı - 17,2% artaraq 9,3 mln. dollar, meyvə-tərəvəz - 2,6 dəfə artaraq 27,7 mln. dollar, buğda - 64,32% artaraq 174,3 mln. dollara çatıb.

Süd, şəkər, bitki və heyvan mənşəli piy və yağ idxalında isə əksinə, azalma müşahidə olunub. Şəkər idxalı 29,8% azalaraq 37,3 mln. dollar, bitki və heyvan mənşəli piy və yağ - 7,72% azalaraq 29,1 mln. dollar, süd idxalı isə 0,47% azalaraq 2,4 mln. dollar olub.

Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycan 126 ölkə ilə 7 673,4 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Hesabata əsasən, ticarət dövriyyəsində ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% azalma olub. Bu müddətdə idxal 24,5% artaraq 3,4 mlrd. dollar, ixrac isə 40,3% azalaraq 4,3 mlrd. dollar təşkil edib. Birinci rübdə ölkədən 1 180 çeşiddə mal ixrac olunub. Bu müddətdə ölkəyə idxal olunan məhsul çeşidi isə bundan təximənən 4 dəfədən çox, yəni 5 025 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi