Azərbaycan "Doing business" hesabatında 17 pillə irəliləyib

Azərbaycan "Doing business" hesabatında 17 pillə irəliləyib Azərbaycan bu il üç və daha artıq islahat keçirən 24 ölkə sırasına daxil edilib
Biznes
17 Mart , 2016 11:23
Azərbaycan Doing business hesabatında 17 pillə irəliləyib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan "Doing business" hesabatında 17 pillə irəliləyərək 80-ci yerdən 63-cü pilləyə qalxıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib. S. Məmmədov deyib ki, etalon qanunvericiliyə yaxınlıq indeksi üzrə Azərbaycana verilən bal da artırılıb:

"Bilirsiniz ki, ötən il Azərbaycana bu standart üzrə 64,8 bal verilmişdi, bu il isə bu bal 67,8-ə çatdırılıb".

Nazir müavini qeyd edib ki, Azərbaycan bu il üç və daha artıq islahat keçirən 24 ölkə sırasına daxil edilib:

"Azərbaycan "Doing business 2016" hesabatına üç əsas islahatı salınıb. Onlardan birincisi biznesə başlamaq, ikincisi tikintiyə icazələrin alınması və üçüncüsü isə kiçik investorların hüquqlarının qorunması ilə bağlı islahatlardır. Bu isə ölkəmizin üç və daha artıq islahat keçirən 24 ölkə sırasına daxil olmasına səbəb olub".

Son xəbərlər

Orphus sistemi